• 1 İyul 2025
logo
Qazaxıstanla bağlı KTMT Şurasının iclasının yaxın vaxtlarda keçirilməsi barədə razılıq əldə olunub

Qazaxıstanla bağlı KTMT Şurasının iclasının yaxın vaxtlarda keçirilməsi barədə razılıq əldə olunub

Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışıqları aparıb.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, telefon danışıqları zamanı Qazaxıstanda hazırkı vəziyyət müzakirə olunub. Dövlət başçıları Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasının yaxın vaxtlarda videokonfrans formatında keçirilməsi təklifinə dəstək ifadə ediblər.
Nikol Paşinyan bildirib ki, Ermənistan tərəfi KTMT-nin hazırkı sədri kimi bu tədbiri təşkil edəcək.