• 1 İyul 2025
logo
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri saxlanılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri saxlanılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb.
Rusiya KİV-nin verdiyi məlumata görə, Kərim Məsimov dövlətə xəyanətdə şübhəli bilinir.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin yaydığı məlumatda bildirilib ki, keçmiş sədr barəsində dövlətə xəyanətlə bağlı istintaq başlayıb.
K.Məsimov və onunla birgə saxlanılan digər şəxslər müvəqqəti saxlanma təcridxanasına yerləşdiriliblər.