• 21 Yanvar 2022
logo
Qazaxıstana 200 mln. dollar ziyan dəyib

Qazaxıstana 200 mln. dollar ziyan dəyib - YENİLƏNİB

Bu gün axşama olan məlumata əsasən, Qazaxıstandakı iğtişaşlar nəticəsində ölkəyə dəyən zərərin ilkin hesablanmış məbləği 87,2 mlrd. təngə (təxminən 200 mln. ABŞ dolları) təşkil edir.
Bu barədə Qazaxıstanın Milli Sahibkarlar Palatası məlumat yayıb.
Bildirilib ki, Qazaxıstanın 10 regionunda 848 biznes subyektinə və 1021 obyektə zərər dəyib.
***
saat 12:40

Qazaxıstandakı iğtişaşlar nəticəsində ölkəyə dəyən zərərin ilkin hesablanmış məbləği 44 mlrd. təngə (təxminən 100 mln. ABŞ dolları) təşkil edib.
Bu barədə Qazaxıstanın Milli Sahibkarlar Palatası məlumat yayıb.
Zərərin böyük hissəsi ticarət, ictimai iaşə, nəqliyyat, xidmət subyektləri, eləcə də maliyyə sektoruna dəyib. Ümumilikdə 519-a yaxın subyektə zərər dəyib.
Eyni zamanda, qeyd edilir ki, sözügedən biznes obyektlərinə çıxış olmadığından əksər iş adamlarına dəyən tam ziyanı qiymətləndirmək hələ də mümkün deyil.
Xatırladaq ki, bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin bütün regionlarında konstitusion qaydanın əsasən bərpa olunduğunu bəyan edib. Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti Qazaxıstanın hüquq mühafizə orqanları ilə birlikdə Almatı aeroportunu nəzarətə götürüb.