• 24 Yanvar 2022
logo
ABŞ-ın yeni səfiri Türkiyəyə gəlib

ABŞ-ın yeni səfiri Türkiyəyə gəlib

ABŞ-ın Türkiyədə yeni təyin olunmuş səfiri Ceff Fleyk vəzifəsinin icrasına başlamaq üçün paytaxt Ankaraya gəlib.
Bu barədə məlumatı “Anadolu” məlumat yayıb.
Hava limanında jurnalistlərə açıqlama verən diplomat Türkiyəyə gəlməsinə görə çox xoşbəxt olduğunu bildirib. O, Türkiyə Prezidentinə etimadnaməsini təqdim etdikdən sonra isə mətbuatla daha ətraflı danışmaq imkanının olacağını qeyd edib.