• 7 İyul 2025
logo
Eks-nazir özünü Qazaxıstandakı etirazların lideri adlandırıb

Eks-nazir özünü Qazaxıstandakı etirazların lideri adlandırıb

Qazaxıstanın keçmiş energetika naziri, hazırda Fransada yaşayan Muxtar Ablyazov özünü ölkədəki etirazların və Qazaxıstan muxalifətinin lideri adlandırıb.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Xatırladaq ki, 2018-c ildə Qazaxıstan məhkəməsi eks-nazir Muxtar Ablyazov barəsində ömürlük həbs cəzası barədə qiyabi hökm çıxarıb. Ablyazov 2004-cü ildə BTA Bankın keçmiş sədri Yerjan Tatişevin qətlə yetirilməsində ittiham olunur.