• 6 İyul 2025
logo
Almatıda 13 asayiş keşikçisi öldürülüb

Almatıda 13 asayiş keşikçisi öldürülüb - YENİLƏNİB 

Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı öldürülən asayiş keşikçilərinin sayı 13 nəfərə çatıb.
RİA "Novosti"nin verdiyi xəbərə görə, şəhər komendaturası daha 1 asayiş keşikçisinin meyitinin tapıldığını bildirib.
Onun başının kəsildiyi ehtimal olunur.
***
12:32

Qazaxıstanın Almatı şəhərində kütləvi etirazlar zamanı 12 asayiş keşikçisi öldürülüb.
TASS-ın verdiyi xəbərə görə, bu barədə şəhər komendaturası məlumat verib.
Ölənlərdən birinin başının kəsildiyi qeyd olunub.
Bundan başqa, şəhərdə iğtişaşların yatırılması zamanı hüquq mühafizə orqanlarının 353 əməkdaşının yaralandığı da bildirilib.