• 21 Yanvar 2022
logo
Rusiyada koronavirusdan ölənlərin sayı 310 518 nəfərə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 310 518 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 18 233 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 537 966 nəfərə çatıb.
Son sutka ərzində 811 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 310 518 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.