• 19 Yanvar 2022
logo
NASA iki təhlükəli asteroidin Yerə yaxınlaşdığını bildirib

NASA iki təhlükəli asteroidin Yerə yaxınlaşdığını bildirib

İki təhlükəli asteroid Yerə yaxınlaşır.
Bu barədə Britaniyanın "The Sun" qəzeti NASA-nın məlumatlarına istinadən xəbər verir.
Nəşrin məlumatına görə, onlardan biri - 2013 YD48 Böyük Britaniyandakı məşhur saat qülləsi Big Ben ölçüsündədir.
İkinci asteroid 7482 YD48 ABŞ-ın Nyu-York şəhərindəki 102 mərtəbəli göydələn Empayr-state-bildinqdən iki dəfə böyükdür.
2013 YD48 asteroidinin eni təqribən 104 metrdir və yanvarın 11-də planetimizdən 5,6 milyon kilometr məsafədə keçəcək. İkinci asteroid isə yanvarın 18-də Yerdən 0,013 astronomik vahid məsafədə keçəcək. NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin məlumatına görə, bu, yaxın yanaşmadır.