• 11 Dekabr 2019
logo
add image
İranda havadan müdafiə hərbi təlimləri keçiriləcək

İranda havadan müdafiə hərbi təlimləri keçiriləcək

İranda “Vilayət Səması Müdafiəçiləri” havadan müdafiə hərbi təlimləri keçiriləcək.
Trend-in məlumatına görə, bunu İran ordusu elan edib.
Məlumata görə, hərbi təlimlər İranın şimalında yerləşən Simnan vilayətində 416 min kvadrat-kilometr ərazidə keçiriləcək.
Hərbi təlimlərdə məqsəd silahlı qüvvələrin həqiqi döyüşə yaxın şəraitdə havadan müdafiə üzrə döyüş hazırlığı və gücünün artırılmasıdır.
İran ordusu bildirir ki, hərbi təlimlərdə müxtəlif yerli raket sistemləri, hava təhdidləri ilə qarşılaşmaq üçün müxtəlif radarlardan istifadə olunacaq.
Məlumatda təlimlərin hansı tarixdə keçiriləcəyi elan edilməyib.