Meksikada güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, 6,3 bal gücündə təkanlar Çayaps ştatında qeydə alınıb.
Məlumata görə, zəlzələ yerli vaxtla 04.27-də Puerto-Madero yaşayış məntəqəsindən 110 kilometr aralıda baş verib. Təkanlar yerin 60 kilometr dərinliyində qeydə alınıb. Meksika Seysmoloji Xidməti güclü zəlzələnin Tabasko, Qvatemalanın San-Markos bələdiyyəsi ərazisində də hiss edildiyini bildirib.
İnsan tələfatı və dağıntılar barədə hələ məlumat yoxdur.