• 18 Aprel 2024
logo
Rusiya XİN səfirin Ermənistandan geri çağırılacağına dair xəbəri təkzib edib

Rusiya XİN səfirin Ermənistandan geri çağırılacağına dair xəbəri təkzib edib

Rusiyanın Ermənistandakı səfiri işini davam etdirir və ölkə rəhbərliyinin qoyduğu tapşırıqları icra edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın “Qraparak” qəzetinin Rusiya səfiri Sergey Kopırkinin geri çağırılacağı ilə bağlı xəbərinə münasibət bildirərkən deyib.
“Bu xəbər feykdir. Bu həqiqət deyil, dezinformasiyadır. Bizim səfir işini davam etdirir”, - M. Zaxarova vurğulayıb.
Rusiya XİN rəsmisi qəzetin bu məlumatla bağlı təkzib yayacağını da bildirib.