• 25 Aprel 2024
logo
Rusiyada daha 1181 nəfər koronavirusdan ölüb

Rusiyada daha 1181 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 30 209 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 925 806 nəfərə çatıb.
Son sutka ərzində 1181 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə COVID-19-dan ölənlərin sayı 286 004 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.