• 26 May 2022
logo
Olaf Şolts Almaniyanın yeni kansleri seçilib

Olaf Şolts Almaniyanın yeni kansleri seçilib

Almaniya Bundestaqının bu gün keçirilən iclasında Olaf Şolts kansler seçilib.
Bundestaqın saytı xəbər verir ki, Şoltsun namizədliyinə 395 deputat səs verib.
Sosial Demokrat Partiyasının namizədi olan Şolts Belvyu sarayında Prezident Valter Ştaynmayerlə görüşəcək. Bundan sonra o, parlamentə qayıdaraq and içəcək və səlahiyyətlərinin icrasına başlayacaq.