• 19 Mart 2024
logo
Hindistanın Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb

Hindistanın Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb

Hindistanın Müdafiə Qərargah rəisinin olduğu hərbi helikopter qəzaya uğrayıb.
ANI agentliyinin verdiyi xəbərə görə, qəza Hindistanın Tamil-Nadu ştatında baş verib.
Mənbələrin verdiyi məlumata görə, Baş Qərargah rəisi general Bipin Ravat, yüksək rütbəli hərbçilərin olduğu helikopter Sulur şəhərinin ərazisində qəzaya uğrayıb.
Helikopterin göyərtəsində Müdafiə Qərargahının rəisi general Bipin Ravat, onun həyat yoldaşı Madhulika Ravat, eyni zamanda, müdafiə köməkçisi də daxil olmaqla 14 nəfər olub.
Hadisə yerinə gələn zabitlər ağır yanıq xəsarəti almış iki şəxsin sakinlər tərəfindən xəstəxanaya çatdırıldığını bildirib. Axtarış və xilasetmə işlərinin davam etdiyi bildirlib.