• 19 Mart 2024
logo
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın əmlakına həbs qoyulub

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın əmlakına həbs qoyulub

Ermənistan Baş Prokurorluğu “Hayastan” blokunun deputatı, sabiq müdafiə naziri Seyran Ohanyan və onun həyat yoldaşının əmlakına həbs qoyub.
“Sputnik Armenia”nın verdiyi xəbərə görə, sabiq prezident Serj Sarkisyanın mühafizə xidmətinin sabiq rəisi Vaçaqan Kazaryan və ailə üzvlərinin də əmlakına həbs qoyulub.
Prokurorluq S. Sarkisyanın qardaşı Levon Sarkisyan, onun oğlu və qızı, həmçinin, eks-spiker Qalust Saakyanın oğlu Arman Saakyan barədə də araşdırmaya başlayıb.