• 28 Mart 2024
logo
Pentaqon: Çin mövcud dünya düzənini öz xeyrinə dəyişməyə çalışır

Pentaqon: Çin mövcud dünya düzənini öz xeyrinə dəyişməyə çalışır

Çin qlobal qaydaları yeniləmək və İkinci Dünya Müharibəsindən sonra yaranmış dünya düzənini öz xeyrinə dəyişmək üçün hərbi imkanlarını genişləndirir.
Bu barədə ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli "Wall Street" Jurnalının sammitində deyib.
"Biz geostrateji cəhətdən daha mürəkkəb bir dünyaya keçirik. Texnologiyanın bəşər tarixində heç vaxt görülməmiş sürətlə inkişaf etdiyi bir dünyaya qədəm qoyuruq. Beləliklə, dünya daha mürəkkəb, potensial olaraq daha qeyri-sabitdir".
General Milli bildirib ki, ABŞ hərbi imkanları baxımdan hazırda Çini qabaqlasa da, bunun gələcəkdə dəyişə bilmə ehtimalı var. Onun sözlərinə görə, Amerika dünya liderliyini qorumaq üçün modernləşməlidir.
Baş Qərargah rəisi bildirib ki, Çinin dəniz donanmasına, hipersonik raketlərə, kiber və digər texnologiyalara sərmayə qoyması onun Rusiya və ABŞ ilə birgə dünya liderləri sırasında olmasını təmin etmək üçün nəzərdə tutulub. Onun fikrincə, Çinin sürətli yüksəlişi Rusiya və ABŞ-ın yeganə supergüc olduğu İkinci Dünya Müharibəsindən sonrakı dövrü bitirəcək.
Rusiya qoşunlarının Ukrayna yaxınlığında yerləşdirilməsi ilə bağlı artan gərginlik fonunda general Milley bu hərəkətləri olduqca ciddi adlandırıb və "Bu, apreldə gördüyümüzdən daha fərqli ölçüdə və miqyasdadır. Düşünürəm ki, de-eskalasiya üçün diplomatik sahədə imkanlar var", - deyə ABŞ generalı vurğulayıb.