• 28 Mart 2024
logo
Gürcüstanda daha 53 nəfər koronavirusdan ölüb

Gürcüstanda daha 53 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 226 yoluxma halı qeydə alınıb, 53 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 875 806, ölənlərin sayı isə 12 519 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 817 963 nəfərin sağaldığı bildirilib.