• 23 Aprel 2024
logo
Rusiyada son sutkada koronavirusdan 1182 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 1182 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 31 096 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 864 845 nəfərə çatıb.
Son sutka ərzində 1182 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 283 644 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.