• 24 Yanvar 2022
logo
Ukraynada yol qəzasında 10 nəfər ölüb

Ukraynada yol qəzasında 10 nəfər ölüb

Ukraynanın şimalında yerləşən Çerniqov vilayətində yük maşını mikroavtobusla toqquşub, ölənlər var.
"Ukrinform"un verdiyi xəbərə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Brusilov kəndi yaxınlığında N-27 Çerniqov-Qremyaç yolunda yük maşını mikroavtobusla toqquşub.
Qəza nəticəsində 10 nəfər ölüb, 6 nəfər yaralanıb.