• 26 May 2022
logo
Rusiya Gürcüstan vətəndaşlarına 10 milyon avro ödəməlidir

Rusiya Gürcüstan vətəndaşlarına 10 milyon avro ödəməlidir

Rusiya 2006-cı ildə deportasiya edilən Gürcüstan vətəndaşlarına görə ilin sonunadək 10 milyon avro ödəməlidir.
Müvafiq qərar Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin iclasında qəbul edilib.
AŞ-nin saytında dərc edilmiş qərara görə ödəniş hər bir halda ilin sonunadək yığılmış faiz məbləği ilə birlikdə Avropa Şurasının bank hesabına köçürülməlidir.
Məlumatda qeyd olunub ki, Rusiya və Gürcüstan tərəfi bu il noyabrın 3-də ödənişin həyata keçirilməsi ilə bağlı anlaşma memorandumunun imzalanmasına yazılı razılıq verib.
Lakin ötən dövr ərzində Gürcüstan nümayəndələri Avropa Şurası Baş Katibi ilə memorandumu imzalasa da, Rusiya nümayəndələri hələ də sənədə qol çəkməyiblər.
Xatırladaq ki, Avropa İnsan Haqlar Məhkəməsi (AİHM) 2019-cu ilin əvvəlində deportasiya edilən Gürcüstan vətəndaşlarına görə rəsmi Moskvanın 10 milyon avro təzminat ödəməsi ilə bağlı qərar çıxarıb.