• 19 Aprel 2024
logo
Çinin ixracı 3 trln. dolları ötüb

Çinin ixracı 3 trln. dolları ötüb

Bu ilin yanvar-noyabr aylarında Çinin xarici ticarət dövriyyəsi illik ifadədə 31,3% artaraq 5,47 trln. ABŞ dolları təşkil edib.
Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, hesabat dövründə Çin 3,02 trln. dollar dəyərində mal və xidmətlər ixrac edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,1% çoxdur. İdxal 31,4% artaraq 2,45 trln. dollar təşkil edib.
Çinlə ticarət dövriyyəsinə görə birinci yerdə ASEAN ölkələri (Cənub-Şərqi Asiya) qərarlaşıb. Sözügedən ölkələrlə ticarət mübadiləsinin həcmi 798,5 mlrd. dollara çatıb, ikinci yerdə Avropa İttifaqı ölkələri (747 mlrd. dollar), üçüncü yerdə isə ABŞ (682,3 mlrd. dollar) qərarlaşıb.