• 16 Aprel 2024
logo
Rusiyada 6-12 yaş arası uşaqlara koronavirus peyvəndi vurulacaq

Rusiyada 6-12 yaş arası uşaqlara koronavirus peyvəndi vurulacaq

Rusiyada 6-12 yaş arası uşaqlar üçün koronavirus peyvəndinin sınaqlarına başlanılacaq
Rusiyada altı yaşından 12 yaşa qədər olan uşaqlar üçün koronavirus peyvəndinin sınaqlarına 2022-ci ilin əvvəlində başlanacaq.
Bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
"6-12 yaş arası uşaqlar üçün COVİD 19-a qarşı peyvəndin sınaq tədqiqatına gələn ilin əvvəlində başlanılacaq”, - deyə rusiyalı nazir vurğulayıb.
Qeyd edək ki, bu ilin noyabr ayının sonunda N.F.Qamaley adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzi 12 yaşınadək uşaqlar üçün COVİD 19 virusuna qarşı preparatın tədqiqatına başlanılması üçün sənədləri təqdim edib.
Xatırladaq ki, Rusiyada artıq 12-17 yaşlı yeniyetmələr üçün COVID-19 peyvəndinin istifadəsinə icazə verib. Həmin "Gam-COVID-Vac M" və ya "Sputnik M" adlandırılıb.
Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib ki, uşaqlar könüllü olaraq və yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə peyvənd olunacaqlar.