• 29 Mart 2024
logo
“3-cü Dünya Müharibəsi başlaya bilər”

“3-cü Dünya Müharibəsi başlaya bilər” - Samir Hümbətov

“Son günlər Ukrayna ətrafında vəziyyətin gərgin olması ilə bağlı beynəlxalq mediada yayılan informasiyaların ardı-arası kəsilmir. Hətta ABŞ kəşfiyyatı tərədindən yayılan sonuncu informasiyaya görə Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov deyib. O, bildirib ki, yayılan informasiyanın bir neçə səbəbi ola bilər: “
1. Qəsdən regionda gərginliyi artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etmək.
2. Rusiya tərəfindən həqiqətən belə bir fikir var və bu barədə ABŞ kəşfiyyatına Rusiya Müdafiə Nazirliyi içindən məlumat sızdırılıb və ABŞ da bunu yaymaqla Rusiyaya niyyətindən xəbərdar olduğu mesajını verir.
3. Həm Qərb cəbhəsi, həm də Rusiya qəsdən məsələ ətrafında gərginliyi artırmaqla mesaj vermək istəyirlər ki, müharibə olarsa, Ukrayna hərbi poliqona çevrilə bilər.
4. Rusiya daxilində iqtisadi vəziyyətin ağırlaşması və Covid-19 pandemiyasının yaratdığı ciddi iqtisadi fəsadlar da onu bu məsələdə tələsik qərar verməməyə vadar edir.
5. Rusiya Müdafiə Nazirliyindəki genralitetdə xeyli sayda Ukrayna əsilli genralların olması da məsələnin digər önəmli tərəflərindən hesab edilə bilər.
Əlbəttə ki, baş verən proseslərə görə bədbinliyə qapılmağa ehtiyac olduğunu düşünmürəm. Təbii ki, bunun bir neçə səbəbi var və bunu həm Rusiya, həm də Qərb nöqteyi-nəzərindən də dəyərləndirmək mümkündür.
Əgər düşünsək ki, Rusiya Ukraynaya hücum etmək istəyir. O zaman Rusiya tərəfi yaxşı başa düşür ki, ona qarşı baş verə biləcək proseslər arasında birincisi sanksiyaların tətbiqi qaçılmaz olacaq.
İkincisi ABŞ-ın başçılıq NATO bloku qoşula bilər ki, bu da ya 3-cü Dünya Müharibəsi, ya da Rusiyanın parçalanması ilə nəticələnə bilər.
Üçüncüsü 2 il ərzin Ukrayna ilə hərbi sahədə ciddi əməkdaşlıq edən Türkiyənin müqaviləyə uyğun olaraq müharibəyə qoşulmasına gətirib çıxara bilər ki, bu da regional və qlobal səviyyədə qarşısı alınmaz fəlakət deməkdir. Eyni zamanda uzun illərdir qərbin gözlədiyi arzu gerçəkləşə bilər.
Yuxarıda qeyd edilənlərə əsasən nəticə çıxarmaq olar ki, Rusiyanın Ukraynaya hücum planı bilinən və bilinməyən səbəblərə görə o qədər də inandırıcı görünmür. Amma beynəlxalq vəziyyət tez dəyişir və hər an hər hansı hadisənin baş verməyəcəyinə kimsə təminat verə bilməz”.