• 24 Yanvar 2022
logo
Rusiyada daha 32 106 nəfər COVID-19-a yoluxub

Rusiyada daha 32 106 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutka ərzində daha 32 106 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 833 749 nəfərə çatıb.
Son sutka ərzində 1184 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 282 462 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.