• 21 Yanvar 2022
logo
Gürcüstanda son sutkada COVID-19-dan 63 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-dan 63 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 778 yoluxma halı qeydə alınıb, 63 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 867 071, ölənlərin sayı isə 12 407 nəfərə çatıb. Virusa yoluxanlardan 809 830 nəfərin (93%) sağaldığı bildirilir.