• 27 Yanvar 2022
logo
Bayden xarici siyasəti Rusiya ilə yarış üstündə qurur

Bayden xarici siyasəti Rusiya ilə yarış üstündə qurur - Qlezer

Nüvə silahlarının yayılmasının qarşısının alınması, beynəlxalq terrorizm, pandemiyalarla mübarizə, iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması kimi qlobal problemlər bütün dövlətlərdən, xüsusən də ABŞ-dan əməkdaşlıq tələb edir.
Bu barədə “Defense Priorities”in elmi əməkdaşı Saşa Qlezerin “Neşnl İnterest” jurnalındakı məqaləsində qeyd olunub.
“Demokratiya Forumu” təşkil edən Co Bayden ABŞ-ın xarici siyasətini Rusiya və Çinlə yarış üstündə qurur. Bu da Amerikanın özünün mövqeyini çətinləşdirir, münaqişəli vəziyyət yaradır. Liberal demokratiya bəşəriyyət tərəfindən icad edilən ən böyük idarəetmə forması olaraq qalır. Lakin son üç onillik sübut etdi ki, bu ideyanı güc yolu ilə xaricə yaymaq cəhdləri əks nəticə verir və uğursuzluğa məhkumdur”, - Qlezer bildirib.