• 27 Yanvar 2022
logo
Rusiyada koronavirusdan ölənlərin sayı 281 278 nəfərə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 281 278 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 32 602 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 801 613 nəfərə çatıb.
Son sutka ərzində 1206 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 281 278 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.