• 23 Aprel 2024
logo
Ermənistanda COVID-19-dan ölənlərin sayı 7 683 nəfərə çatıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 7 683 nəfərə çatıb

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 327 yeni yoluxma qeydə alınıb.
"Sputnik Armenia"nın verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 340 723-ə çatıb.
Son sutka ərzində infeksiyadan 14 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 7 683 nəfərə yüksəlib.