• 25 Aprel 2024
logo
Rusiyada COVID-19-dan ölənlərin sayı 278 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 278 mini ötüb

Rusiyada son sutka ərzində daha 32 930 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 736 057 nəfərə çatıb.
Son sutka ərzində 1217 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 278 857 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.