• 29 Mart 2024
logo
Lavrov ATƏT-in bugünkü vəziyyətini acınacaqlı adlandırıb

Lavrov ATƏT-in bugünkü vəziyyətini acınacaqlı adlandırıb

Bu gün ATƏT acınacaqlı vəziyyətdədir.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
İsveçin paytaxtı Stokholmda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxış edən Rusiya XİN rəhbəri təşkilatın bugünkü vəziyyətini acınacaqlı adlandırıb.
“Bu gün ATƏT acınacaqlı vəziyyətdədir, Avropa İttifaqı və NATO çərçivəsində blok nizam-intizamının girovuna çevrilib, xırda mövzulara qərq olub. Qərbli tərəfdaşlarımız beynəlxalq hüququ bir növ qaydalara əsaslanan nizam-intizamla əvəz etməyə çalışırlar. Həmin qaydalar isə onların öz müstəsnalıqlarından çıxış edərək müəyyən etdikləri qaydalardır”, - S. Lavrov vurğulayıb.