• 29 Mart 2024
logo
Rusiyada son sutkada COVID-19-dan 1221 nəfər ölüb

Rusiyada son sutkada COVID-19-dan 1221 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 33 389 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 703 107 nəfərə çatıb.
Son sutka ərzində 1221 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 277 640 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxanların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.