• 29 Mart 2024
logo
Saakaşvili növbəti dəfə məhkəməyə çıxarılıb

Saakaşvili növbəti dəfə məhkəməyə çıxarılıb

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili bu gün Tbilisi Şəhər Məhkəməsində “Pencək işi” üzrə ilk məhkəməsinə çıxarılıb.
İş üzrə sabiq Prezident M. Saakaşvili və onun dövründə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi olmuş Temur Canaşia 9 milyon 24 min 367 lari məbləğində dövlət vəsaitini M. Saakaşvilinin şəxsi xərclərinə yönəldərək mənimsəməkdə ittiham edilir.
Hakim Badri Koçlamazaşvili iclasın yerli televiziya kanalları vasitəsi ilə canlı yayımlanmasına icazə verməyib.
İclasla əlaqədar Tbilisi Şəhər Məhkəməsinin ətrafına çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib, binanın giriş-çıxışlarının mühafizəsi gücləndirilib.
Paralel olaraq məhkəmə binasının ətrafına sabiq Prezidentin tərəfdarları da toplanıb.
Qeyd edək ki, oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə saxlanılan M. Saakaşvili barəsində ümumilikdə 5 ayrı iş üzə cinayət işi açılıb.