• 27 Aprel 2024
logo
Gürcüstanda son sutkada 72 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutkada 72 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 731 yoluxma halı qeydə alınıb, 72 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 853 833, ölənlərin sayı isə 12 191 nəfərə çatıb. Virusa yoluxanlardan 796 453 nəfərin sağaldığı bildirilir.