• 25 Aprel 2024
logo
Rusiyada daha 33860 nəfər COVID-19-a yoluxub

Rusiyada daha 33860 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutka ərzində daha 33 860 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 604 233 nəfərə çatıb.
Son sutka ərzində 1 209 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 273 964 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.