• 20 Aprel 2024
logo
Avropada qazın qiyməti 1 100 dolları ötüb

Avropada qazın qiyməti 1 100 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarını ötüb.
29 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 1 102 dollara çatıb ki, bu da öncəki hesablama qiymətindən 7% çoxdur.
Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.