• 26 Aprel 2024
logo
Ermənistanın sabiq müdafiə naziri Tonoyan daha 2 ay həbsdə qalacaq

Ermənistanın sabiq müdafiə naziri Tonoyan daha 2 ay həbsdə qalacaq

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan daha 2 ay həbsdə qalacaq.
Bu barədə sabiq nazirin vəkili Sergey Ovannisyan “Azadlıq” radiosuna bildirib.
Onun sözlərinə görə, məhkəmə David Tonoyanın həbsi ilə bağlı məsələyə 3 gün ərzində baxıb, qərar noyabrın 27-də dərc olunub.
Qeyd edək ki, 2018-2020-ci illərdə müdafiə naziri postunu tutan D. Tonoyan sentyabrın 30-da Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, təxminən 4,7 milyon dollar vəsaiti mənimsəməkdə, saxtakarlıqda ittiham olunur.