• 25 Aprel 2024
logo
Böyük Britaniyada “Omikron” ştammına iki yoluxma halı qeydə alınıb

Böyük Britaniyada “Omikron” ştammına iki yoluxma halı qeydə alınıb

Böyük Britaniyada koronavirusun yeni ştammı olan “Omikron”a iki yoluxma halı qeydə alınıb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə səhiyyə naziri Sajid Cavid bildirib.
O, həmin şəxslərin izolyasiya olunduqlarını qeyd edib.
Nazir yeni ştammın aşkarlandığı ərazilərdə məqsədli testlərin aparılacağını da diqqətə çatdırıb.
“Bu, göstərir ki, pandemiyanın bitməsinə hələ çox var”, - o vurğulayıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrikada yayılan yeni variantının (B. 1.1.529) narahatlıq yaratdığını bildirmişdi. Yeni ştamm yunan hərfi olan “Omikron” (VOC - narahatlıq variantı kimi təyin edilib) adını alıb.