• 26 Aprel 2024
logo
Ermənistanda kriminal avtoritetlər tutulub

Ermənistanda kriminal avtoritetlər tutulub

Ermənistan polisi noyabrın 26-da axşam saatlarında xüsusi əməliyyat keçirib.
“Sputnik Armenia”ın verdiyi məlumata görə, İrəvanda keçirilən əməliyyat zamanı 16 nəfər kriminal aləm üzvü tutulub.
Onların içində “Sevo” ləqəbi ilə tanınan qanuni oğru Armen Manukyan, “Boqo” ləqəbli Ruben Kostanyan, “Alo” ləqəbli Aleksandr Makaryan, “Zap” ləqəbli Andranik Soqoyan, “Artem Kanevski” ləqəbli Artem Arutyunov, “Noratustsi Aro” ləqəbli Ara Banduryan hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən ələ keçirilib.
Saxlanılan şəxslərin mənzillərində məhkəmənin qərarı ilə axtarışlar aparılıb, kəsici-deşici silahlar, gülləkeçirməz jiletlər, patronlar və s. götürülüb.