• 25 Aprel 2024
logo
Rusiyada son sutka ərzində 1239 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində 1239 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 33 946 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 536 825 nəfərə çatıb.
Son sutka ərzində 1239 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 271 531 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.