• 25 Aprel 2024
logo
Ermənistanda COVID-19-dan ölənlərin sayı 7485-ə çatıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 7485-ə çatıb

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 517 yoluxma halı qeydə alınıb.
“Sputnik Armenia”nın verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 337 522 nəfərə çatıb.
Son sutka ərzində infeksiyadan 26 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 7485 nəfərə yüksəlib.