• 9 Dekabr 2021
logo
Rusiyada daha 1238 nəfər COVID-19-dan ölüb

Rusiyada daha 1238 nəfər COVID-19-dan ölüb

Rusiyada son sutka ərzində daha 33 796 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 468 789 nəfərə çatıb.
Son sutka ərzində 1238 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 269 057 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.