• 8 Dekabr 2021
logo
Rusiyada şaxtada ölənlərin sayı 11 nəfərə çatıb

Rusiyada şaxtada ölənlərin sayı 11 nəfərə çatıb - YENİLƏNİB-2

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada yanğın nəticəsində ölənlərin sayı artır.
Xilasetmə xidmətindən bildirilib ki, ölənlərin sayı 11-ə çatıb.
***
12.30

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada ölənlərin sayı artıb.
Bu barədə vilayət administrasiyası məlumat yayıb.
Bildirilib ki, baş vermiş tüstülənmə nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
***
saat 12:06

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada 6 nəfər ölüb.
Bu barədə TASS məlumat yayıb.
***
saat 10:40

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərində şaxtada bu gün səhər saatlarında tüstülənmə olub.
Region hökuməti administrasiyasından bildirilib ki, “Listvyajnaya” şaxtasında baş vermiş hadisə zamanı bir şaxtaçı ölüb, 43 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Prokurorluqdan bildirilib ki, hazırda xilasetmə tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi hadisə zamanı şaxtada 285 nəfər olduğunu, onlardan 236-nın artıq evakuasiya edildiyi barədə açıqlama yayıb. Təxliyə davam edir.
Hadisə yerinə sanitar vertolyotu ilə həkim briqadası göndərilib.
Qəzanın səbəbləri araşdırılır.