• 27 Aprel 2024
logo
Banqladeşdə sərnişin qatarları toqquşub, ölən və yaralanan var

Banqladeşdə sərnişin qatarları toqquşub, ölən və yaralanan var

Banqladeşdə iki sərnişin qatarı toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində azı 12 nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəza yerli vaxtla saat 02:00-da ölkənin paytaxtı Dəkkə şəhərindən təxminən 109 kilometr aralıda baş verib.