• 20 Aprel 2024
logo
Bişkekdə güclü PARTLAYIŞIN ardınca yanğın başlayıb

Bişkekdə güclü PARTLAYIŞIN ardınca yanğın başlayıb

Qırğızıstanın paytaxtı Bişkekdə partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış paytaxt kafelərindən birində qeydə alınıb. Məlumata görə, ardıcıl olaraq 3 partlayışdan sonra kafedə yanğın başlayıb.
İlkin məlumata görə, insident nəticəsində yaralananlar var.
Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.