• 26 Aprel 2024
logo
Rusiyada koronavirusdan ölüm sayında növbəti rekord qeydə alınıb

Rusiyada koronavirusdan ölüm sayında növbəti rekord qeydə alınıb

Rusiyada son sutka ərzində daha 36 446 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 316 019 nəfərə çatıb.
Son sutka ərzində 1 106 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya başlayandan Rusiyada bir gün ərzində koronavirusdan ölüm sayında yeni rekorddur.
Ümumilikdə, Rusiyada bu virusdan ölənlərin sayı 232 775 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.