• 29 Mart 2024
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 698 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 698 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 762 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 698 944, ölənlərin sayı isə 9 831 nəfərə çatıb. Virusa yoluxanlardan 639 564 (91%) nəfərin sağaldığı bildirilir.