• 26 Aprel 2024
logo
Rusiyada daha 1069 nəfər koronavirusdan ölüb

Rusiyada daha 1069 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 37 930 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 279 573 nəfərə çatıb.
Son sutka ərzində 1 069 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 231 669 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.