• 26 Aprel 2024
logo
Gürcüstanda daha 46 nəfər COVID-19-dan ölüb

Gürcüstanda daha 46 nəfər COVID-19-dan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 942 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 694 182, xəstəlikdən ölənlərin sayı isə 9 788 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 635 611 nəfərin sağaldığı bildirilir.