• 19 Mart 2024
logo
Rusiyada COVID-19-a yoluxma və ölüm halında növbəti rekord qeydə alınıb

Rusiyada COVID-19-a yoluxma və ölüm halında növbəti rekord qeydə alınıb

Rusiyada son sutka ərzində daha 37 141 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 168 305 nəfərə çatıb.
Son sutka ərzində 1064 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 228 453 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.