• 8 Dekabr 2021
logo
Rusiyada barıt zavodunda yanğında ölənlərin sayı 16-ya çatıb

Rusiyada barıt zavodunda yanğında ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB

Rusiyanın Ryazan vilayətində barıt zavodunda yanğında ölənlərin sayı 16-ya çatıb.
TASS-ın verdiyi məlumata görə, barıt sexində baş vermiş yanğın artıq söndürülüb.
Sexin binası tamamilə uçub.
***
10.51
Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda “Elastik” zavodunun barıt sexində yanğın baş verib.
Xilasetmə xidmətindən TASS-a bildirilib ki, hadisə nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.
FHN-in yerli idarəsindən 9 nəfərin taleyinin naməlum olduğu açıqlanıb.
Yanğına texnoloji prosesin pozulmasının səbəb olduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürmə briqadaları və iki təcili yardım heyəti cəlb olunub. Yanğının qarşısının alınması üçün tədbirlər görülür.
Xilasetmə xidmətindən verilən açıqlamaya görə, yanğın barıt saxlanan birmərtəbəli sexdə qeydə alınıb.
Əhali üçün təhlükə olmadığı bildirilir.